“Lider” TV-nin yayımı niyə dayandırılıb? –RƏSMİ AÇIQLAMA

“Lider” telekanalının fəaliyyətinin dayandırılması ilə bağlı məsələyə Milli Televiziya və Radio Şurası (MTRŞ) münasibət bildirib.

Şirkətin yayım və texniki məsələlər üzrə əməkdaşı Fikrət Xuduzadə bu haqda məlumatın gerçək olmadığını qeyd edib.

Onun sözlərinə görə, telekanalda kompleks profilaktika tədbirləri keçirilir və kanal bu gün 16:00-da yayımını bərpa edəcək.

Xatırladaq ki, dünən “Lider” telekanalının yayımı dayandırılıb. Saat 22:01-də “Gecənin sehri” adlı veriliş başlayandan sonra efir yarıda kəsilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda orta aylıq əməkhaqqı 712 manata çatıb

Sonrakı məqalə

Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub