Litvada qadın lotereyada 6 milyon avro uddu –Pulun bir hissəsini Ukraynaya bağışlayacaq

Beynəlxalq “Vikinqlotto” lotereyasında 5,8 milyon avro uduşa sahib olan Lina adlı litvalı qadın məbləğin bir hissəsini yardım kimi Ukraynaya bağışlayacaq.

Bu barədə Litvanın yerli mətbuatı xəbər verib. Bildirilib ki, 5 milyon 799 min 299 avro məbləğində mükafat qazanan xanımın 50-dən çox yaşı var.

“Mən sadəcə həmin mağazaya alış-veriş etmək üçün getmişdim. Ödənişi etməyə hazırlaşarkən kassir mənə lotereya bileti təklif etdi. Mən nadir hallarda lotereya bileti alıram, məsələn, Milad bayramı kimi günlərdə. Cəmi bir neçə “Vikinqlotto” bileti qalmışdı, mən ikisini götürdüm”, – deyə qadın ona əsas mükafat qazandıran bileti necə almasından danışıb.

Lina uduşu daha çox ehtiyacı olanlarla bölüşməyə hazır olduğunu deyib: “Ukrayna üçün ianə etməyi planlaşdırıram. Bundan əlavə, “İcra aksiyası” və digər layihələri dəstəkləmişəm və bunu gələcəkdə də edəcəyəm. Mən, ümumiyyətlə, həyatda başqalarına yardım etməyə çalışmışam və yardım edirəm”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.