Livanda partlayan peycerləri buraxan şirkət rəhbəri nə deyib? –Araşdırma

Tayvanın “Gold Apollo” şirkəti Livanda partlayışda istifadə edilən peycerlərin brenddən istifadə üçün lisenziyası olan Macarıstanın BAC Consulting şirkəti tərəfindən istehsal edildiyini iddia edib.

Azpost.info bildirir ki, BBC  “BAC Consulting” şirkətinin qeydiyyat detallarını araşdırıb.

▪️Şirkət ilk dəfə 2022-ci ildə Budapeştdə qeydiyyatdan keçib və bir səhmdarı var.
▪️Qeydiyyat ünvanı Budapeştin 14-cü məhəlləsində yerləşən binadır. Eyni binada daha 13 şirkət və bir fiziki şəxs qeydiyyatdadır. Kommersiya verilənlər bazası axtarışı şirkətlə digər şirkətlər və ya insanlar arasında heç bir əlaqə aşkar etməyib.
▪️BAC veb-saytında bir nəfər CEO və təsisçi kimi göstərilir. Bu, Kristiana Barsoni-Arçidiakonodur. Başqa heç bir işçinin adını çəkmir.
▪️Məlumat bazasında BAC-ın kommersiya fəaliyyəti ilə bağlı heç bir məlumat yoxdur.
▪️Sənədlərə əsasən, BAC-ın xalis dövriyyəsi 2022-ci ildə 256996000 macar forinti (725 min ABŞ dolları), 2023-cü ildə 210307000 forinti (593 min ABŞ dolları) təşkil edib.

NBC, Barsoni-Arcidiacono ilə danışa bilib. O, şirkətinin Gold Apollo ilə əməkdaşlıq etdiyini təsdiqləyib. Peycerlər və partlayışlar barədə soruşduqda o, belə cavab verib: “Mən peycerlər hazırlamıram. Mən sadəcə vasitəçiyəm. Siz səhv edirsiniz”. BBC şirkətə bir neçə dəfə zəng etsə də, heç bir cavab almayıb.

Macarıstanın baş naziri Viktor Orbanın sözçüsü bildirib ki, partlamış peycerlər Macarıstan ərazisində “heç vaxt” yerləşdirilməyib.

The New York Times 12 keçmiş və indiki İsrail kəşfiyyat və müdafiə rəsmilərinə istinad edərək yazıb ki, BAC Consulting İsrailin qoruması altında olan bir hissəsidir. Nəşrin məlumatına görə, BAC adi müştərilərdən də sifariş qəbul edib. Onlar üçün adi (partlamayan) peycerlər xətti istehsal edib. Lakin o, Hizbullahı daxili partlayıcı qurğuları olan peycerlərlə təmin edib. Üç kəşfiyyat rəsmisi bildiriblər ki, onlar ayrıca istehsal edilib və içərisində PETN partlayıcısı ilə doldurulmuş batareyalar olub.
Peyycerlər 2022-ci ilin yayında Livana az miqdarda tədarük edilməyə başlanılıb. Hizbullah rəhbəri Həsən Nəsrullah mobil telefonlardan istifadəni dayandırmağı tələb etdikdən sonra peycerlərin istehsalı kəskin şəkildə artıb.

Əvvəlki məqalə

Ermənistan yeni Atom Elektrik Stansiyası tikmək istəyir

Sonrakı məqalə

İlk sabunlar nə vaxt yaranıb? –