Livanın cənubunda “Hizbullah”ın yeraltı anbarı tapılıb- Rus silahları aşkarlanıb

İsrail quru qüvvələri Livanın cənubunda “Hizbullah”ın yeraltı bazasını aşkarlayıb.

Azpost.info xəbər verir ki, baza elit Radvan bölməsi üçün komanda mərkəzi və Rusiya istehsalı olanlar da daxil olmaqla silah və sursatların saxlanması yeri kimi istifadə edilib.

Bu barədə İsrail əsgərləri ilə bazanı ziyarət edən “Bild” əməkdaşı Paul Rontshaymer məlumat verib.

Səfər zamanı jurnalisti İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəhbəri kontr-admiral Daniel Həqari müşayiət edib. Həqari qeyd edib ki, yeraltı obyektin yerləşdiyi kənddə “Hizbullah” yaraqlıları 2023-cü il oktyabrın 7-də İsrailə qarşı hücumu keçə biləcək genişmiqyaslı hücum hazırlayırlar.

Yeraltı kompleksə tunellər sistemi daxildir ki, bunun sayəsində Radvan yaraqlıları İsrail ərazisinə sürətlə piyada və ya motosikletlə daxil ola bilirdilər.

Həqarinin sözlərinə görə, strukturlar HƏMAS-ın Qəzza zolağında istifadə etdiyi tunellərdən qat-qat böyük məharətlə tikilib. Onun fikrincə, bu istehkamların yaradılması illər çəkib.

Bunkerlər təxminən 8 metr dərinlikdə yerləşir, polad arakəsmələr və qapılarla təchiz olunub. Onlara giriş isə yaşayış binalarında yerləşir.

İsrail hərbçiləri bu tunellərdə külli miqdarda silah-sursat tapıblar: raketlər, minaatan mərmiləri, Kalaşnikov avtomatları, döyüş sursatı, zirehlər və digər texnika.

Rontshaymer qeyd edib ki, bu, tikinti keyfiyyətinə və binaların ölçüsünə görə indiyədək gördüyü ən müasir yeraltı bunkerdir.

Jurnalist onu da bildirib ki, bir neçə gün əvvəl yaxınlıqdakı kənddə İrandan Suriya üzərindən Livana göndərilən raketləri görüb. Bunıar İran və Rusiya silahları olub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.