“Liverpul” qələbə qazanıb –Premyer Liqa

İngiltərə Premyer Liqasında XII turun növbəti oyunları keçirilib.

Turnir cədvəlinin lideri “Liverpul” səfərdə “Southempton”la qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda isə “Mançester Yunayted” səfərdə “İpsiviç Taun”un müqavimətini qıra bilməyib – 1:1.

Bu nəticədən sonra xallarını 31-ə çatdıran “Liverpul” liderdir. “Mançester Yunayted” isə 16 xalla 12-ci pillədə qərarlaşıb.

Əvvəlki məqalə

“Turan Tovuz” “Sabah”la heç-heçə etdi-

Sonrakı məqalə

“Tehran İsrailə cavab zərbəsinə hazırlaşır” –