Lotereyada 913 min udmuş Xaçmaz sakininin yenə bəxti gətirdi –100 min qazandı /FOTO

Xaçmazda tarixi cekpot qazanmış şəxs bu dəfə 100 000 AZN udub.

Lotereyada maraqlı hal yaşanıb. Belə ki, şanslı qalib yenə Xaçmaz şəhərindən çıxıb. İşin xoş təsədüfü isə qalibin daha öncə də eyni satış məntəqəsindən aldığı biletlə “4+4” lotereyasında 913 072 manatlıq tarixi cekpotu qazanması olub.

Bəxtəvər qalib Kamran Məmmədsəidov əli düşərli olan satıcı Cəfər Xıdırovdan sadəcə 5 manata aldığı bir biletlə böyük uduş – 100 000 manata sahib olub. Oyun qaydalarına əsasən qalib şəxs 10 mislini də seçsəydi, böyük uduş – 1 000 000 manatı qazana bilərdi. (Azxeber.com)

Əvvəlki məqalə

“Videonu görüb dəhşətə gəldim…Sona qədər gedəcəyəm” –

Sonrakı məqalə

“Valideyn uşağını etibar edib…”