Lukaşenko Baş Qərargah rəisini vəzifəsindən azad edib

Belarus prezidenti Aleksandr Lukaşenko general-mayor Viktor Quleviçi Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad edib.

Azpost.info xəbər verir ki, bu barədə BELTA dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Quleviç yaşına görə hərbi forma və fərqlənmə nişanları taxmaq hüququ ilə hərbi xidmətdən ehtiyata buraxılıb.

Mayın 14-də generalın 55 yaşı tamam olacaq. O, 2021-ci ildən Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini tutur. Quleviçdən sonra bu vəzifəni kimin tutacağı barədə hələlik məlumat verilməyib.

Azpost.info

Əvvəlki məqalə

Bəxtiyar Hacıyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Sonrakı məqalə

Prezident və birinci xanım Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində olub