Rusiyanın ən böyük özəl neft şirkəti “Lukoil”ın Direktorlar Şurasının sədri Valeri Qreyfer 91 yaşında vəfat edib.
Bu barədə “APA-Economics”i Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata əsasən, V. Qreyfer uzun sürən xəstəlikdən sonra həyatını dəyişib.
Qeyd edək ki, V. Qreyfer “Lukoil”ın direktorlar şurasına 2000-ci ildən sədrlik edib.