Lənkəranda mağazadan meyit tapılıb.
1986-cı il təvəllüdlü Elmar Ağayevin meyiti işlədiyi “RTA elektroniks” adlı mağazada tavadanda asılı vəziyyətdə aşkarlanıb.
Onun intihar etdiyi bildirilir.
Onu da qeyd edək ki, Elmar Ağayev əvvəllər də intihara cəhd edib. (APA)