Lənkəranda yol qəzası olub, xəsarət alanlar var

İmişlidəki
İmişlidəki

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə köhnə Ələt-Astara magistralının 213-cü km-də, Lənkəran rayonunun Bürcəli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ-21015” markalı minik avtomobili əks istiqamətdə hərəkətdə olan “QAZ-31” markalı minik avtomobili ilə toqquşub. Qəzada hər iki sürücü və sərnişin xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.