Mərkəzi Seçki Komissiyasının (MSK) yeni sədr müavini seçilib. Trend-in məlumatına görə, Komissiyanın bu gün keçirilən iclasında Rövzət Qasımovun MSK sədrinin müavini seçilməsi təklif edilib. Təklif səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.