Məktəblinin səhər yeməyi- Nələri və necə yemək lazımdır? (TÖVSİYƏLƏR)

Uşaqları səhər məktəbə qaldırmaq olduqca çətin işdir. Daha çətini uşağınızı səhər yeməyində heç olmasa bir şey yeməyə razı salmaqdır.

Azpost.info xəbər verir ki, mütəxəssislərə görə uşaqlar üçün səhər yeməyi günün ən vacib yeməyidir. Bu, dərs performansının və sağlam fiziki inkişafın açarıdır.

Səhər yeməyi yeməyən uşaqlar daha az dəmir və digər qidalar alır və məktəbdə diqqətini cəmləməkdə çətinlik çəkirlər. Onların artıq çəkiyə malik olma ehtimalı da yüksəkdir.

Uşağın təkcə nə yediyi deyil, həm də necə yediyi vacibdir. Normal səhər yeməyi 20-30 dəqiqə çəkir. Fərqli məktəb cədvəllərini nəzərə alaraq, uşaqlar səhər yeməyini 7:00-8:00 arasında yeməlidirlər.

Mütəxəssislərə görə, səhər yeməyi üçün dənli-taxıl bitkilər və protein məhsulları məktəblinin enerjili olmasını və diqqətinin yayınmamasını təmin edir.

Səhər yeməyində kəsmik və ya yumurta da idealdır. Zülallı qidalar mütləqdir: kəsmik, yumurta, xüsusilə tərəvəzli omlet. Kəsmiyə müxtəlif giləmeyvə əlavə edə bilərsiniz.

Səhər yeməyində minimal miqdarda şirniyyatdan istifadə etmək tövsiyə olunur. Lakin uşaqlar onları məktəbə özü ilə apara və gün ərzində yeyə bilərlər.

“Nə qədər təbii məhsullardan istifadə etsəniz, uşaq üçün bir o qədər yaxşıdır”, – mütəxəssislər deyir.

Azpost.info

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Naxçıvan şəhər icra başçısının müavini işdən azad edilib