“Məmurların saxta görüntülərini yayacaqlar”- Gürcüstan DTX seçki təxribatı ilə bağlı xəbərdarlıq etdi

Gürcüstanda bir qrup şəxs oktyabrın 26-na təyin edilmiş parlament seçkiləri öncəsi vəziyyəti gərginləşdirmək üçün dövlət məmurlarının saxta səs yazılarını və video görüntülərini dərc etməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Siyasi dairələrə yaxın qruplar parlament seçkilərinə bir neçə gün qalmış süni intellekt və digər müasir texnologiyalardan istifadə etməklə montaj edilmiş və saxtalaşdırılmış video və audio materialları yaymağı planlaşdırır”, – məlumatda bildirilir.

Dövlət Təhlükəsizliyi Xidməti qeyd edir ki, bu, hakimiyyət qolları, eləcə də hakimiyyət orqanları ilə Gürcü Pravoslav Kilsəsi arasında qarşıdurma yaratmaq və Qərblə münasibətləri pisləşdirmək üçün ediləcək.

“Saxtalaşdırılmış məlumatlar dövlət təhlükəsizlik xidmətindən sızan material kimi təqdim olunacaq. Onlar ümid edirlər ki, bu yolla etiraz ruhunu yüksəldə və ölkədə sabitliyin pozulması cibləri yarada biləcəklər. Biz bu qrupların fəaliyyətini diqqətlə izləyirik və hər hansı qanun pozuntusu baş verərsə, müvafiq hüquqi tədbirlər görüləcək”, – Təhlükəsizliyi Xidməti bəyan edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.