Mərdəkan-Zağulba avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci kilometrdə yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq aprelin 11-də saat 02:00-dan 04:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Əvvəlki məqalə

“Azərbaycan və Qazaxıstan bir-birinə qardaşcasına münasibət bəsləyirlər”

Sonrakı məqalə

Azərbaycan və Qazaxıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub