İranın dini rəhbəri Xameneyi Paşinyanla nədən danışıb? –"Rəisi sərhəd probleminə həssas yanaşırdı”

“İranın mərhum prezidenti İbrahim Rəisi Ermənistanla bağlı sərhəd problemlərinə və onun ətrafında baş verən hadisələrə çox həssas yanaşırdı”.

Azpost.info xəbər verir ki, İranın Ali dini lideri Seyid Əli Xameneyi Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdə deyib.

“Mərhum prezidentimiz Ermənistanla bağlı sərhəd məsələlərinə və onun ətrafında cərəyan edən hadisələrə çox həssas yanaşırdı və biz bu həssaslığı və düşüncəni davam etdirməliyik. Biz öz maraqlarımızı təmin etməyi bacarmalıyıq”, – İRNA ruhani liderə istinadən yazıb.

Xamenei İran və Ermənistanın tarixi-coğrafi oxşarlığına və ortaq maraqlarına da işarə edib: “İranın Ermənistanla əlaqələri genişləndirmək siyasəti cənab Məhəmmad Moxberin rəhbərliyi altında davam etdirilməlidir”.

“İran prezidenti, xarici işlər naziri və onların digər yoldaşlarının qəzada həlak olması xəbərindən şoka düşdük, lakin əminik ki, sizin rəhbərliyiniz altında bu, İranın fəaliyyətinə təsir etməyəcək”, – Paşinyan deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.