Mərkəzi Dənizçilər Xəstəxanası ləğv edilir

28 İyul 2020 - 14:49

İyulun 28-də dövlətə məxsus “Baku Caspian Hospital” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğv olunduğu elan edilib.

Amma, hələlik, rəsmi qurumlar keçmiş Mərkəzi Dənizçilər Xəstəxanasının (MDX) ləğvi səbəbləri barədə məlumat vermir.

MDX-nın özəlləşdirilməsi 2017-ci ildə “Baku Caspian Hospital” ASC-yə çevrilməsi ilə başlayıb.

“Turan” agentliyinin məlumatına görə, plana əsasən, dənizçilərin xəstəxanası investisiya müsabiqəsi yolu ilə özəlləşdirilməli idi.

MDX 1964-cü ildən fəaliyyətə başlayıb və 2016-cı ilə qədər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxil olub.

Agentliyin xəbərində qeyd edildiyinə görə, MDX 0.67 hektar əraziyə malikdir, xəstəxanada 211 nəfər, o cümlədən 70 həkim və 79 orta tibb işçisinin çalışdığı bildirilir.