Məşhəddə İran prezidentinin dəfn mərasimi keçirilir- FOTOLAR

İran prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak etmək üçün xarici diplomatik missiyaların nümayəndələri, eləcə də qonşu ölkələrin bir sıra rəsmiləri Məşhədə gəlib.

Azpost.info xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Məlumata görə, Məşhədə baş konsullar və xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə yanaşı, İraq və Əfqanıstandan da rəsmilər gəliblər.

İran Xarici İşlər Nazirliyinin Məşhəddəki nümayəndəliyindən verilən məlumata görə, Rəisinin dəfn mərasimində İraq, Əfqanıstan, Pakistan, Türkiyə, Türkmənistan və Səudiyyə Ərəbistanının, həmçinin Məşhəddə aktiv konsulluq və nümayəndəlikləri olan BMT-nin nümayəndələri iştirak edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.