Almaniya millisinin sabiq müdafiəçisi, hazırda İspaniyanın “Levante” klubunda oynayan Şkodran Mustafinin evini qarət ediblər.
Azpost.info xəbər verir ki, naməlum şəxslər futbolçunun Valensiya ətrafında yerləşən villasına daxil olub qızıl-zinət əşyaları, pul və digər əşyalar aparıblar.
Oğurlanan məbləğ 1 milyon avroya yaxındır. Həmin vaxt Mustafi özü də evdə olub. Lakin ikinci mərtəbədə yatdığından soyğunçuların gəişindən xəbər tuta bilməyib. “Hadisə ilə bağlı şərh vermək istəmirəm, çünki araşdırma aparılır”, – Mustafi deyib.
Azpost.info