Məşhur italyan futbol məşqçisi Fabio Kapello 2022-ci il dünya çempionatının püşkatmasının nəticələrini rusiyalı jurnalistlərə şərh etməkdən imtina edib.
Azpost.info xəbər verir ki, 75 yaşlı məşqçi “Match TV” jurnalistlərinin telefon müraciətinə belə cavab verib: “Mən rusiyalı jurnalistlərlə danışmıram”.
Fabio Kapello karyerasında “Milan”, “Roma”, “Yuventus”, “Real Madrid” və İngiltərə yığmalarını çalışdırıb. 1994-cü ildə “Milan”ı Çempionlar Liqasında qələbəyə aparıb. Kapello 2012-2015-ci illərdə Rusiya millisini də çalışdırıb.
Azpost.info