“Kristal Abşeron” MTK “Azərbaycan Beynəlxalq Bankı” ASC-ni məhkəməyə verib.
Azpost.info xəbər verir ki, şirkət Beynəlxalq Bankla yanaşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Səbail Rayon Ərazi İdarəsi və Məmmədov Reslan Elyas oğlu barəsində də iddia qaldırıb. İşin mahiyyəti mənzil mübahisələri üzrə münasibətlərdir. Birinci instansiya məhkəməsi şirkətin iddiasını təmin etməyib. Bu baxımdan “Kristal Abşeron” apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Elşən Kazımovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.
“Kristal Abşeron” MTK 12 noyabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamı kapitalı 3 000 000 AZN-dir. Şirkətin qanuni təmsilçisi Dostumalıyev İbrahim Cəfər oğludur. “Kristal Abşeron” Azərbaycanın ən iri tikinti şirkətlərindən biridir. Şirkət əsasən Bakı və Sumqayıtda hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olur.
Abbas