Məşhur vəkil Adil İsmayılovun vəkillik fəaliyyəti dayandırıldı –

SƏBƏB
10 Sentyabr 2019 - 13:40

Azərbaycanın görkəmli vəkillərindən biri olan Adil İsmayılovun vəkillik fəaliyyəti bir illik dayandırılıb.

Azpost.info gununsesi.org-a istinadən bildirir ki, bununla bağlı qərar Vəkillər Kollegiyasının Rəyasət Heyətinin dünən keçirilən toplantısında verilib.

Məşhur vəkilin fəaliyyətinin dayandırılmasına səbəb kimi isə kollegiyanın üzvü Sahil Quliyevin şikayəti olub. Məlumatda bildirilir ki, kollegiya rəhbərliyinə yaxın olan Sahil Quliyev ərizəsində Adil İsmayılovun guya onu təhqir etdiyini göstərib.

Ancaq Adil İsmayılov bu ittihamla razıllaşmadığını, ona böhtan atıldığını desə də buna məhəl qoyulmayıb. Saytımıza açıqlamasında Sahil Quliyev xəbəri təsdiqləsə də məsələnin mediada müzakirəsinə tərəfdar olmadığını deyib.