Məsud Pezeşkian Azərbaycan Prezidentini İrana səfərə dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib.

Prezident İlham Əliyev bu barədə İran dövlət başçısı ilə telefon danışığı zamanı bildirib.

Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlətimizin başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.

Dövlətimizin başçısı bu dəvəti məmnunluqla qəbul edib.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib

Sonrakı məqalə

Kadinin oynayacağı yeni klub məlum oldu