Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxslərinin həbs müddəti uzadılıb

Səbail rayon Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində seçilən həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Qərara əsasən, hər iki sabiq vəzifəli şəxs barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Qarabağla bağlı birgə bəyanat yayıb

Sonrakı məqalə

İlham Əliyevin təşəbbüsü əsasında BMT-nin COVID-19-la bağlı xüsusi sessiyası başlayıb