Məhkəmə Rusiyalı milyarderin yaxtası ilə bağlı qərar verdi

Fici Ali Məhkəməsi rusiyalı milyarder Süleyman Kərimova məxsus 325 milyon dollarlıq “Amadea” yaxtasına ölkənin ərazi sularını tərk etməyi qadağan edib.

Azpost.info xəbər verir ki, məhkəmədən yaxtanın Lautoka limanından çıxmasına qadağa qoyulmasını Fici Baş prokuroru istəmişdi. Baş prokuror yaxtanın Fici sularını tərk etməsinə qadağa qoymağı, həmçinin onun müsadirə edilməsi ilə bağlı ABŞ-ın müraciətini qeydə almağı xahiş etmişdi.

Məhkəmə ABŞ hökumətinin müraciətinə aprelin 21-də baxacaq. “Amadea” aprelin 13-də Meksika limanında 18 günlük səyahətdən sonra Lautoka limanında dayanıb. Bundan sonra o, polis tərəfindən saxlanılıb. Fici iqtisadi zonasına icazəsiz daxil olan yaxta Kayman adalarının bayrağı altında üzür.

Azpost.info

Əvvəlki məqalə

Dünya Bankı və BVF Ukraynaya dəstəyi müzakirə edəcək

Sonrakı məqalə

Britaniyanın “Shell” şirkəti işçilərini Rusiyadan çıxarır