“Məscidin tikintisində ciddi səhvlərə yol verilib” –Əbu-Bəkr" məscidinin minarəsi sökülüb

“Nərimanov rayonu, Ü.Bünyadzadə küç, 766-cı məhəllə ünvanında yerləşən “Əbu-Bəkr” məscidi kəskin qəzalı vəziyyətdə olduğundan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən burada bərpa-gücləndirmə işlərinin aparılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq tapşırıq verilib”.

Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH)bildirilib.

Qeyd olunub ki, BŞİH-nin qurumları tərəfindən burada təmir işlərinə başlanılıb: “Ərazidə aparılan mühəndis-geoloji işlər və ilkin araşdırmalar zamanı müəyyən olunub ki, məscidin tikintisi zamanı ciddi konstruktiv səhvlərə yol verilib, burada tikinti normalarına riayət edilmədiyindən məscidin binası və minarələrinin biri kəskin qəzalı vəziyyətə düşüb. Bununla əlaqədar məsciddə bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədləri hazırlanıb, qəzalı minarə sökülüb və artıq yeni layihə əsasında işlər aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müğənni Afət Fərmanqızının həyat yoldaşı həbs olunub –

Sonrakı məqalə

Azərbaycanda Türk Millətlər Birliyinin radiosu fəaliyyətə başlayıb