Mədəni irsin təbliği layihəsi çərçivəsində ilk tədbir keçirilib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanın mədəni risinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində ilk tədbir Xaçmaz rayonunda təşkil olunub 

Xaçmaz şəhər 7 nömrəli tam orta  ümumtəhsil məktəbinin akt zalında keçirilən tədbirdə Xaçmaz şəhərindən və kəndlərindən olan 48 nəfər yeniyetmə və gənc müəllim 8 komanda tərkibində Nə? Harada? Nə zaman? oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Azərbaycanımızın zəngin mədəni irsinin intellektual oyunlar vasitəsilə  yeniyetmə və gənclər arasında təbliği, yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin, komandada işləmək, qərarvermə bacarıqlarının, məntiqi düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə dəstək vermək, onların asudə vaxtlarının səmərəli təşkil edilməsini təmin etməkdir.

Rəsmi hissədə çıxış edən Xaçmaz rayon İcra Hakimiyyətinin məsul işçisi Əlibala Alxaslı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsibbib Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov bu kimi tədbirlərin yeniyetmə və gənclər arasında təşkil olunmasının onlarda vətənə bağlılıq hislərinin yüksəlməsinə, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin inkişaf etdirilməsinə müsbət təsir etdiyini bildiriblər.
Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını “Zəka” komandası qazanıb. “İstiqlal” və “Turan” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutaraq final mərhələsində oynamaq hüququ əldə ediblər.
Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal və diplomlarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanın mədəni risinin yeniyetmə və gənclər arasında təbliği” adlı layihə çərçivəsində Qusar və Şabran rayonlarında, eləcə də Quba rayonunun 3 kənd zonasında seçim turları keçiriləcəkdir.

 

Fotolar

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.