Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Mədəni irslə bağlı intellektual turnirin seçim mərhələsi başa çatıb

User 08 İyun 2026 - 10:15 (Last updated: 08 İyun 2026 - 16:10)
qht digah

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində Quba rayonunun Digah kəndində tədbir təşkil olunub.

Digah kənd tam orta ümumtəhsil məktəbində keçirilən sonuncu seçim turunda Quba rayonunun Digah, Alpan, Susay, Dağlı, Xucbala, Aşağı Xuc, Alekseyevka kəndlərində və Quba şəhərində yaşayan və təhsil alan 48 nəfər yeniyetmə və gənc müəllim 8 komanda tərkibində Nə? Harada? Nə zaman? oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Azərbaycanımızın zəngin mədəni irsinin intellektual oyunlar vasitəsilə  yeniyetmə və gənclər arasında təbliği, yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin, komandada işləmək, qərarvermə bacarıqlarının, məntiqi düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə dəstək vermək, onların asudə vaxtlarının səmərəli təşkil edilməsini təmin etməkdir.

Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdlərindən ibarət “RT-Team” komandası qazanıb. AşağıXuc kəndinin “Birlik” və Quba şəhər 2 nömrəli məktəb-liseyin “Fətəlixan” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutub. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal və diplomlarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” adlı layihə çərçivəsində bu günə qədər Qusar, Xaçmaz, Şabran rayonlarında və Quba rayonunun 3 müxtəlif kənd ərazisində keçirilən seçim turlarında ümumilikdə 296 nəfər yeniyetmə və gənc iştirak edib.

Layihə çərçivəsində sonuncu tədbirin – Nə? Harada? Nə zaman? turnirinin final mərhələsinin Quba rayonunda keçirilməsi planlaşdırılıb. Final mərhələsində Şabran rayonunu “Qarabağ”, “İntibah” və “Everest”, Xaçmaz rayonunu “Zəka”, “İstiqlal” və “Turan”, Qusar rayonunu “Yüksəliş”, “Şahdağ” və “Zirvə”, Quba rayonunu isə “İnvictus”, “Assassins Creed”, “Ümid”, “Rustov”, “Zirvə”, “Matriks”, “Atəşgah”, “Simurq”, “RT-Team”, “Birlik” və “Fətəlixan” komandaları təmsil edəcəklər.

Fotolar

AzPost.az

Post navigation

Previous: Ən çox istifadə olunan şifrələr açıqlandı
Next: Birmarket-də kuryer özbaşınalığı

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.