Macarıstan Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin qəbuluna mane oldu- “Financial Times”

Macarıstan Avropa İttifaqının 13-cü anti-Rusiya sanksiyalar paketinin qəbuluna mane olub.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Budapeşt bu dəfə Çinə qarşı qoyulan məhdudiyyətlərlə razılaşmayıb. Macarıstan nümayəndəsi təkliflərin məzmununu təhlil etmək üçün bir az daha vaxt istəyib. Müzakirələr gələn həftə davam edəcək.

Aİ fevralın 24-dək 13-cü anti-Rusiya sanksiyalar paketini qəbul etməyi gözləyir. Brüssel sanksiyalar siyahılarına yeni adlar və əlavə ticarət məhdudiyyətlərini daxil etmək niyyətindədir. Aİ həmçinin Rusiyanın artıq qəbul edilmiş məhdudiyyətlərdən yan keçmək imkanlarını boğmağı planlaşdırır.

Azpost.info

 

Əvvəlki məqalə

“Bizim məhsulların üzərinə məhdudiyyətlər tətbiq edilir” –

Sonrakı məqalə

2023-dəki hərbi əməliyyatlarda əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri evlə təmin olunacaq