Macarıstanın Ukraynaya niyə qarşı çıxdığının əsl səbəbi məlum oldu- AÇIQLAMA

Macarıstan Ukrayna ilə münasibətlərin pisləşməsinə görə məsuliyyət daşımır.

Azpost.info xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, bunun günahkarımacar milli azlığının hüquqlarını əlindən alan Kiyevdir.

“Mən bu məsələ haqqında bir neçə dəfə düşünmüşəm və qəti mövqeyim ondan ibarətdir ki, Macarıstan münasibətlərin pisləşməsinə görə məsuliyyət daşımır. Münasibətlər 2015-ci ildə ukraynalıların macar azlığının milli birlik kimi qorunub saxlanmasına zəmanət verən qanunu ləğv etdiyi andan pisləşib. Ukrayna hakimiyyəti son illərdə macar dilinin mümkün istifadə dairəsini azaldıb. Kiyev müvafiq qanunu dəyişməli və macarların əlindən alınan hüquqları onlara qaytarmalıdır”, – Orban bildirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.