“Madagizdəki Ermənistan alayının ölümqabağı əzabları başlayıb”-

“Şəxsi heyət döyüşə girməkdən imtina edir, ərazini tərk edir"
29 Sentyabr 2020 - 14:31

“Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub”.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb: “Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər”.