Mahir Emreli “Dinamo Zaqreb” klubunda qol hesabını açıb

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo Zaqreb” klubunda qol hesabını açıb.

25 yaşlı hücumçu səfərdə “Riyeka”ya qarşı keçirdikləri XXX tur matçında fərqlənib. 79-cu dəqiqədə rəqib qapısına yol tapan forvard hesabı bərabərləşdirib.

Emreli oyuna 57-ci dəqiqədə, komandası 0:1 hesabı ilə geridə olduğu vaxt daxil olub. O, qolla yanaşı, 87-ci dəqiqədə sarı vərəqə alıb.

Matçın 89-cu dəqiqəsində isə Mahir Emrelinin üzünə dirsək zərbəsi endirən “Riyeka”nın futbolçusu Anton Kresiçə referi VAR sisteminə müraciət etdikdən sonra qırmızı vərəqə göstərib.

Görüş “Dinamo Zaqreb”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Zaqreb təmsilçisi 29 oyundan sonra xalını 63-ə çatdırıb və ehtiyatda daha bir görüşünün olmasına baxmayaraq, liderliyə yüksəlib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.