“Makron dəbilqə taxıb Ukraynaya döyüşə getsin”- İtaliyalı nazir

İtaliyanın nəqliyyat və infrastruktur naziri Matteo Salvini Fransa prezidenti Emmanuel Makronu müharibəni alovlandırmaqda ittiham edib.

Azpost.info xəbər verir ki, Salvini Makronu italyanları qəzəbləndirməməyə, dəbilqə taxıb Ukraynaya döyüşə getməyə çağırıb.

“Makrona deyirəm ki, dəbilqə tax, get Ukraynada döyüş və italyanları qəzəbləndirmə”, – Salvini deyib.

Salvini müntəzəm olaraq Makronu və onun siyasətini tənqid edir.

Azpost.info

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.