Makron Yeni Kaledoniyada seçki islahatını təxirə salıb

Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyada seçki islahatını təxirə salıb.

“France24” -ün xəbərinə görə, Makron iğtişaşların baş verdiyi adaya səfərinin son günündə seçki islahatlarının məcburi həyata keçirilməyəcəyi vədini verib.

“Bu islahatın indiki kontekstdə zorla həyata keçirilməyəcəyini söz vermişdim və dialoqun bərpasına imkan vermək üçün özümüzə bir neçə həftə vaxt veririk”, – Makron deyib.

Məlumata görə, müstəqillik tərəfdarı aborigen kanakların və Paris yönümlülərin liderləri ilə görüşdən sonra Makron arxipelaqda növbəti referenduma aparacaq yol xəritəsi təqdim edib.

270 min nəfərin yaşadığı adada 2018 və 2021-ci illərdə keçirilən müstəqillik referendumlarının nəticəsi “yox” olub.

Əvvəlki məqalə

Mayın 24-dən 27-dək ölkə ərazisində hava qeyri-sabit keçəcək

Sonrakı məqalə

Mərkəzi Bank ötən il 349 milyon manat mənfəət əldə edib