Fransa prezidenti Emmanuel Makron iyulun 1-də Yelisey sarayında hökumətlə görüşəcək.
Azpost.info xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
“Emmanuel Makron hökuməti bazar ertəsi günorta saatlarında Yelisey sarayında toplayacaq. İclas Fransada iyunun 30-da keçiriləcək parlament seçkilərinin birinci turunun ertəsi günü baş tutmalıdır”, – məlumatda bildirilir.
Bir gün əvvəl xəbər verilmişdi ki, sorğulara görə, Marin Le Pen bloku və solçu partiyalar koalisiyası növbədənkənar parlament seçkilərinə iki gün qalmış hazırkı prezidentin blokunu geridə qoyur.
Azpost.info