Maliyyə Nazirliyinin şöbə müdiri vəzifəsindən istefa verib

Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifəsindən ayrılıb.

APA-Economics”in əldə etdiyi məlumata görə, sözügedən şöbənin müdiri Vüqar Məcidli işdən çıxıb.

Nazirlikdən məlumatı təsdiqləyiblər və bildirilib ki, hələlik bu vəzifəyə yeni təyinat olmayıb.

Qeyd edək ki, V. Məcidli 2015-ci ildən nazirliyin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.