“Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması heç nə verə bilməzdi”- Vahid Əhmədov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, vaxtaşırı Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətini tənqid edən Vahid Əhmədov qurumun ləğv edilməsinə münasibət bildirib.

“Report”un məlumatına görə, millət vəkili əvvəlcədən belə bir palatanın yaradılmasının əleyhinə olduğunu deyib.

“Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması heç nə verə bilməzdi, çünki bu qurumun ciddi səlahiyyətləri yox idi. Məqsəd bank sistemini sağlamlaşdırmaq, eləcə də kredit faizlərini aşağı salmaq idi. Cənab Prezident hətta bank sektoruna yardım etdi, 10 min dollara qədər kreditlərlə bağlı fərman imzalayaraq banklara 620 milyon manata yaxın vəsait ayırdı, ancaq bank sektorunda ciddi dəyişiklik baş vermədi. Dövlət başçısı da bunu görüb Palatanı ləğv etdi və səlahiyyətlərini Azərbaycan Mərkəzi Bankına qaytardı”, – deyə o qeyd edib.

V.Əhmədov Milli Məclisin buraxılması barədə də danışıb və bunun təbii hal olduğunu deyib: “Uzun müddət idi ki, bu barədə söhbətlər gedirdi. Milli Məclis qanunverici orqandır və indiki tərkibin səlahiyyət müddəti 2020-ci ilin noyabrında başa çatmalı idi. İslahatlar çox ciddi və çevik olduğu üçün cənab Prezident hərtərəfli siyasi, iqtisadi və sosial islahatlar apardığı üçün Milli Məclisin buraxılmasına ehtiyac vardı. Söhbət təkcə gənclərin gəlməsindən getmir. Hesab edirəm ki, Milli Məclis siyasət meydanıdır. Burada gənclərdən başqa, digər siyasəti anlayan, başı çıxan, danışığını bilən, beynəlxalq aləmdə tanınan insanlar da olmalıdır. Gənclər də gəlməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bitərəf deputatlar da Milli Məclisin buraxılmasını təklif etdilər

Sonrakı məqalə

Azərbaycanda aksizli mallar üzrə vergi dərəcələri dəyişdirilir