“Mançester Siti” dünya çempionatının finalına yüksəlib

İngiltərənin “Mançester Siti” klubu Səudiyyə Ərəbistanında keçirilən futbol üzrə klublararası dünya çempionatının finalına yüksəlib.

Pep Qvardiolanın yetirmələri yarımfinalda Yaponiyanın “Urava Red Daymonds” komandasını 3:0 hesabı ilə məğlub ediblər.

Oyunda qolları “Urava”nın futbolçusu Marius Heyboten (öz qapısına), Mateo Kovaçiç və Barnardo Silva vurublar.

Finalda “Şəhərlilər”in rəqibi Braziliyanın “Fluminense” klubu olacaq. Oyun dekabrın 22-də keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.