Masallı sakini əmisini və onun oğlunu güllələyərək öldürüb

Masallı rayon sakini aralarında yaranan mübahisə zəminində əmisini və onun oğlunu güllələyərək qətlə yetirib. 

“Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, rayonun Eçara kəndində babalarından qalan torpaq sahələrinin bölünməsi üstündə iki əmioğlu arasında mübahisə yaranıb. Bu zaman Masallı rayonunda yaşayan, hələlik kimliyi məlum olmayan şəxs əmisi – Şəmsəddin Fərhad oğlu Kərimovu və onun oğlu Niyaməddin Kərimovu ov tüfəngindən açdığı atəşlə qətlə yetirib.

Hadisəni törədən şəxs qaçaraq ərazidən uzaqlaşıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident üç generalı “Rəşadət” ordeni ilə təltif edib

Sonrakı məqalə

“Ödənişli ictimai işlərə cəlb olunan şəxslərin işə davamiyyəti ciddi şəkildə yoxlanılacaq”