Masallıda Şəhidlərimizin xatirəsi anılıb

Dekabrın 4-də Masallı rayonu Boradigah qəsəbəsi “Həzrəti Əli” məscidində Vətən Müharibəsi Şəhidlərinin xatirəsi yad edilib.

Rayonun din xadimlərinin qatıldığı anım  mərasimində iştjrak edən Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov çıxışında qeyd etdi ki, böyük qələbəmizi bizə bəxş edən müdrik Sərkədəmiz, sanlı Ordumuzun qəhrəmanları və Şəhidlərimizdir.
44 günlük Vətən savaşının sərkərdəsi-  Ali Baş Komandan İlham Əliyev başda olmaqla milli Ordumuz zəfər çalaraq tariximizə yeni səhifə açıb.
Daha sonra R. Talıbov bildirib ki, Vətən yolunda şəhid olmaq Allah dərgahında ən uca məqamdır.
Natiq sonra  vurğulayıb ki, Rrezident İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək Qarabağı işğaldan azad etdi.
Anım mərasimində  namaz qılınaraq şəhidlərimizin ruhuna dualar oxundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvanda karantini pozub toy edənlər cəzalandırıldı –

Sonrakı məqalə

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı