Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Qərara əsasən, tibbi maskaların istehsalında istifadə edilən, səthi sıxlığı 70 q / m2-dən çox, lakin 150 q / m2-dən çox olmayan kimyəvi iplər 15 faiz idxal gömrük rüsumundan azad edilib.
Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.