“Mazda” avtomobil şirkəti Rusiyanı tərk edir

Yaponiyanın “Mazda” şirkəti Rusiyanı tərk edir.

Azpost.info bildirir ki, bu barədə Nikkei qəzeti məlumat yayıb.

“Mazda” şirkəti tədarük zəncirində yaranmış problemlər fonunda Rusiyanın Vladivostok şəhərindəki zavodunda avtomobil istehsalını mərhələli şəkildə dayandırmağı düşünür.

Nəşrin məlumatına görə, “Mazda” avtomobilləri Sollers şirkəti ilə birgə müəssisədə istehsal edir. Ukraynada hərbi əməliyyatlar başlandıqdan sonra istehsal artıq dayandırılıb. Yapon şirkəti indi birgə müəssisədən tamamilə çıxmağı düşünür.

Hələlik Rusiyada avtomobillərin satışının dayandırılması və ya onlara texniki qulluq göstərilməsinə dair qərar qəbul edilməyib.

Əvvəlki məqalə

“Bu gün yeni dünya nizamının necə olacağı həll olunur” –

Sonrakı məqalə

“Nüvə silahından istifadəyə hazır olacağıq” –