“Paris Sen-Jermen”nin (PSJ) hücumçusu Kilian Mbappe Paris klubunun rəhbərliyindən incikliyini ifadə edib.
Azpost.info L’Equipe” nəşrinə istinadən bildirir ki, Mbappenin fikrincə, onun gedişi ilə bağlı məlumatların sızdırılmasını Fransa klubunun rəhbərliyi təşkil edib.
Mbappe hesab edir ki, PSJ getdiyini başqa cür elan etməyi planlaşdırıb, amma klub sözünü tutmayıb.
Mbappe mövsümün ən vacib hissəsi öncəsi klubun davranışını başa düşmədiyini deyib. Qeyd olunur ki, tərəflər arasında gərginlik yalnız güclənir.
Daha əvvəl Mbappenin bu mövsümün sonunda azad agent kimi PSJ-ni tərk edəcəyi məlum olub. Fransız futbolçunun karyerasını “Real Madrid”də davam etdirməsi ehtimalı yüksəkdir.
Bu mövsüm Kilian Mbappe bütün turnirlərdə 33 matçda 32 qol vurub və 7 məhsuldar ötürmə edib.
Azpost.info