MDB-nin dövlət informasiya agentlikləri Şuşada Media Foruma dəvət olunub

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev Müstəqil Dövlətlər Birliyi ölkələrindən olan həmkarlarını iyulun 22-də Azərbaycanın Şuşa şəhərində keçiriləcək Qlobal Media Forumunda iştirak etməyə dəvət edib.

Bu dəvət cümə günü Bakıda keçirilən MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformasiya Şurası) XXXI iclasında səsləndirilib.

Vüqar Əliyev qeyd edib ki, Forum çərçivəsində Türk Xəbər Agentlikləri Alyansının birinci birgə iclasının keçirilməsi də nəzərdə tutulur.

Əvvəlki məqalə

“Azərbaycanla əməkdaşlığın yeni erasındayıq” –

Sonrakı məqalə

COP29.az vebsaytı istifadəyə verilib