“Media haqqında” Qanun layihəsi müzakirə olunub –Layihənin tənqidçiləri iclasa gəlib (FOTO)

Dekabrın 22-də Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zahid Orucun iştirakı ilə “Media haqqında” Qanun layihəsinin növbəti müzakirəsi keçirilib.

Agentlikdən verilən məlumata görə, müzakirədə millət vəkili Qüdrət Həsənquliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Turan İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, APA İnformasiya Agentliyinin təsisçisi Vüsalə Mahirqızı, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, həmçinin bir sıra media subyektlərinin nümayəndələri çıxış ediblər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov görüşdə səsləndirilən sualları ətraflı cavablandırıb, rəy və təkliflərə münasibətlərini bildiriblər.

Qeyd edək ki, “Media haqqında” Qanun layihəsinin müzakirələri davam etdirilməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Prezidentlə uğurlu görüşümüz oldu, mühüm razılaşmalar əldə olundu”-

Sonrakı məqalə

Azərbaycan Ordusunun hərbi qulluqçusu xəstəxanada vəfat edib