“Media haqqında” qanun layihəsinə platforma yayımçısı ilə bağlı yeni maddə əlavə olunacaq

“Media haqqında” qanun layihəsinə platforma yayımçısı ilə bağlı yeni maddə əlavə olunacaq.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında videokonfrans formatında “Media haqqında” qanunun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov bildirib.

Onun sözlərinə görə, yeni – 30.8-ci maddədə qeyd olunacaq ki, birbaşa internet üzərindən audivizual proqramlar yayımlayan hüquqi şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımçısı lisenziyası ala bilərlər. Bu halda həmin şəxslər bu qanunun 30.2-30.7 maddələrinin tələblərinə cavab verməlidirlər.

İ. Səttarov deyib ki, beləliklə, hamı biləcək ki, müraciət olsa, platforma yayımçısı kimi lisenziya ala biləcək: “Müraciət olmasa, olduğu kimi fəaliyyətini davam etdirəcək”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu təkliflə razılaşdıqlarını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Masallının tarix və mədəniyyət abidələri” kitabı çap olunub

Sonrakı məqalə

Sabaha olan hava proqnozu