“Media haqqında” yeni qanun hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında əksini tapıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına “Media haqqında” qanununun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.