Onlayn media subyektləri üçün müsabiqə elan edilib –ŞƏRTLƏR

Bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, o cümlədən, BMT-nin 
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının 
(COP29) ölkəmizdə təşkil edilməsi ilə əlaqədar müvafiq istiqamətlərlə bağlı məlumatların həm 
ölkədaxili, həm də ölkəxarici auditoriyaya düzgün və effektiv ötürülməsində, ictimai və sosial 
maarifləndirmə, eləcə də təbliğat və təşviqat məsələlərində medianın peşəkar fəaliyyəti 
əhəmiyyətli rola malikdir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yerli onlayn media subyektlərinin
fəaliyyətində dayanıqlı təcrübələrin tətbiqinin təşviqi, veb-sayt və sosial media səhifələri
üzərindən aparılan kampaniyaların, müvafiq istiqamətdə həyata keçirilən maarifləndirmə və
təbliğat işlərinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin medianın göstərilən
istiqamətlərdə aktivliyinin artırılması məqsədilə müsabiqə elan edir.

Müsabiqədə müəyyən edilmiş istiqamətlər üzrə yüksək nəticə göstərən onlayn media
subyektləri Azərbaycan Milli Mətbuatının 149-cu ildönümü ərəfəsində “Green certificate” ilə
təltif olunacaqlar.

Müsabiqədə iştirak etmək üçün onlayn media subyektləri tərəfindən müvafiq məlumatların əks
olunduğu müraciət forması doldurularaq [email protected] elektron poçt ünvanı
vasitəsilə Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqəyə müraciət qəbulu 10 iyul 2024-cü il saat 18:00-dək davam edəcəkdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.