MEDİA-nın əsas hədəfləri açıqlanıb

Medianın İnkişaf Agentliyinin (MEDİA) əsas hədəfləri açıqlanıb.

Bu barədə Agentliyin İcraçı direktoru Əhməd İsmayılov MEDİA-nın 2022-ci ilin yekunlarına dair hesabat konfransında məlumat verib.

Agentliyin hədəfləri barədə danışan Əhməd İsmayılov bildirib ki, əsas hədəflər ənənəvi medianın rəqəmsal mediaya uğurlu keçidinin təmin edilməsi, media subyektlərinin kadr, infrastruktur və texniki potensialının gücləndirilməsi, media subyektlərinin uğurlu biznes modelinin formalaşdırılması, cəmiyyətin mediaya etimadının artırılması, media subyektlərinin müasir dünya trendlərinə uyğunlaşdırılmasıdır.

Əvvəlki məqalə

Paşinyan Qarabağ ermənilərini vəziyyəti gərginləşdirməməyə çağırdı

Sonrakı məqalə

Sabah hava necə olacaq?