MEDİA-nın icraçı direktoru Finlandiyanın səfiri ilə görüşüb

Yanvarın 23-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Finlandiya Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen arasında görüş keçirilib.

Əhməd İsmayılov görüşlə bağlı məmnuniyyətini ifadə edərək, ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatından, “Media haqqında” Qanun, Media Reyestri, jurnalistlərin peşəkarlığının, cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlərin mahiyyəti və əhatə dairəsindən bəhs edib.

Finlandiya Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasının önəm daşıdığını bildirib.

Görüşdə media sahəsində ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Əvvəlki məqalə

Pensiyaçılara artıq ödənilmiş vəsait geri alınmayacaq

Sonrakı məqalə

Son sutkada Azərbaycanda 12 nəfər koronavirusa yoluxub