Mehriban Əliyeva 20 Yanvar Şəhidlərindən yazdı, başsağlığı verdi:

"Qəhrəman oğul və qızlarımız azadlıq uğrunda canlarından keçdilər"
20 Yanvar 2020 - 01:45

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qanlı Yanvar faciəsinin 30 illiyi ilə ağlı sosial şəbəkədə status yazıb.

Azpost.info bildirir ki, M.Əliyeva 20 yanvar 1990-cı ili “faciəli gün” adlandırıb: “20 yanvar Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub. 30 il bundan əvvəl xalqımızın qəhrəman oğul və qızları azadlıq və Vətənimizin istiqlaliyyəti uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Ümumxalq Hüzn Günündə 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.